Saatlıda avtomobil 6 yaşlı uşağı vurub öldürüb

22 Dekabr 2017 22:47 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Dədə Qorqud kəndində qeydə alınıb.

Naməlum avtomobil kənd sakini, 2011-cı il təvəllüdlü Elnur Rəfail oğlu Qədirovu vuraraq öldürüb. Hadisənin təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.