Dəmir yolundan keçən kişini qatar vurub

23 Dekabr 2017 09:00 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə 1977-ci il təvəllüdlü Qafarov Əzim dəmir yol relslərinin üzərindən keçən zaman baş verib.

Yük qatarının vurduğu piyada ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. O, cərrahi əməliyyat edilib.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

AzNews.az