11 idmançıya ömürlük qadağa: dopinqə görə

23 Dekabr 2017 11:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, BOK-un 22 dekabr bəyanatında deyilir ki, xizəksürənlər İvan Skobrev və Artyom Kuznetsov; kirşəçilər Tatyana İvanova və Albert Demçenko; sərbəst və düzənlik xizəkçiləri Nikita Kryukov, Aleksandr Bessmertnıx və Natalya Matveyeva; bobsleyçilər Lyudmila Udobkina və Maksim Belugin; xokkeyçilər Tatyana Burina və Anna Şukina iştirak etdikləri idman yarışlarından diskvalifikasiya olunublar.

Bu isə o deməkdir ki, bu idmançılar medallarından məhrum ediliblər və onların gələcək Olimpiya yarışlarında iştirakı qadağan olunub.

BOK-un İntizam Komissiyası bildirib ki, ümumilikdə 11 Rusiya idmançısı Olimpiadalar və onlarla bağlı hər hansı turnirlər üçün bütün gələcək akkreditasiyalardan məhrum edilirlər.