Dünya çempionunun ölümündə günahlandırılan Azər Allahverənovla bağlı yeni xəbər

23 Dekabr 2017 10:50 (UTC+04:00)

AzNews.az Dünya Azərbaycanlıları Assambleyasına istinadən xəbər verir ki, cavabda qeyd olunur:

Avropa və dünya çempionu Andrey Draçovu öldürməkdə təqsirli bilinən Anar Allahverənovla bağlı etdiyiniz müraciətlə əlaqədar Rusiya Ədliyyə Nazirliyinin qarşımızda qaldırdığı məsələ ilə bağlı Rusiya Baş Prokurorluğu olaraq tərəfimizdən işin araşdırılması ilə məşğul olan Xabarovsk əyalətinin prokurorluq orqanı qarşısında məsələ qaldırılıb. Qaldırdığınız məsələ ilə əlaqədar hadisənin hərtərəfli araşdırılaraq, qeyd etdiyiniz məsələlər də daxil olmaqla, yerli prokurorluq orqanının məsələnin tam təffərrüatlarının araşdırılıb hansı qərar qəbul etdikləri ilə əlaqədar sizə məlumat verilməsi tərəfimizdən tapşırılıb.

Xatırladaq ki, avqustun 20-də əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə Rusiyalı dünya çempionu Andrey Draçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir-birinə qarşı zor tətbiqi nəticəsində Andrey Dryaçov vəfat edib. Ancaq sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub. Hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib.

Müraciətdə baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meyilləri hiss olunduğu bildirilib. Rusiya rəsmi qurumlarını məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması ilə bağlı, baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub.