Xətaidə yanğın nəticəsində bir nəfər zəhərləndi

23 Dekabr 2017 11:52 (UTC+04:00)

FHN-dən AzNews.az-a verilən məlumata görə, yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m2 sahədə və dəhlizdə quraşdırılmış 1 ədəd kondisioner əriyib.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənərək yanğınsöndürənlər tərəfindən qonşu mənzildən çıxarılıb, aidiyyəti üzrə təhvil verilib, 6 nəfər bina sakini isə təxliyə olunub.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.