İmtina edilmiş 16 günlük körpəyə sahib çıxıldı

23 Dekabr 2017 11:48 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, dekabrın 22-də Quba rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində 16 günlük bir körpənin həyatı xilas edilib:

“Biz ana və uşaqla görüşdük. Uşaq anası ilə birgə dərhal Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müayinədən keçirildi. Əməliyyat zamanı məlum oldu ki, ana uşağından imtina etməyib. Sadəcə, qadında doğuşdan sonra psixoloji problemlər yaranıb. Qalmağa yeri olmayıb".

Kəmalə Ağazadə öz çirkin məqsədlərini həyata keçirmək istəyən insanlarla bağlı hüquq-mühafizə orqanlarının ciddi işə başladığını bildirərək quruma təşəkkür edib.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkədə ananın qeyri-qanuni yolla dünyaya gətirdiyi 15 günlük körpəsindən imtina etməsi haqda məlumat yayılıb. Buna səbəb isə həmin körpənin nikahdankənar doğulması göstərilib.

Bahar RÜSTƏMLİ

AzNews.az