Sarayda kafeni yandıran şəxs tutuldu

23 Dekabr 2017 12:32 (UTC+04:00)

Bu barədə AzNews.az-a DİN-in mətbuat xidmətindən bildirilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.