“Rusiya, İran və Türkiyə yaxınlaşması Qarabağ münaqişəsinin həllinə kömək edə bilər” - Politoloq

23 Dekabr 2017 13:48 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Bakıda “Regionun gələcəyi: Geosiyasi çağırışlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq simpoziumda rusiyalı telejurnalist, politoloq Maksim Şevçenko deyib.

Dünyanın ciddi dəyişikliklərə hazır olduğunu vurğulayan M. Şevçenko bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmamasından yorulub: “Dağlıq Qarabağ münaqişəsi ona görə yaradılıb ki, gələcəkdə digər münaqişə ocaqları meydana gəlsin. Bəzən deyəndə ki, Rusiya ötən əsrin 90-cı illərində Qarabağla bağlı yanlış mövqe tutub, bu, mənim xətrimə dəyir. O vaxtlar Rusiya Vaşinqtondan idarə olunurdu. Yeltsin-Qaydar rejimi ABŞ tərəfindən yönləndirilirdi”.

Politoloq imkanlı erməni biznesmenlərinin ABŞ prezidentinə birbaşa çıxışı olduğunu da xatırladıb.

AzNews.az