Birinci vitse-prezidentin Katibliyində yeni təyinat

23 Dekabr 2017 14:46 (UTC+04:00)

“Report” xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə Eldar Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini - Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin edilib.

Bu sərəncama qədər E.Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsini tuturdu.

AzNews.az