Avtobus qəzaya uğradı - 33 nəfər öldü
23 Dekabr 2017 16:27 (UTC+04:00)
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Hindistanın şimal-qərbindəki Racastan əyalətində avtobus körpüdən keçib yola düşərkən çaya yuvarlanıb. Yerli polisin məlumatına görə, qəzada 33 adam həyatını itirib, 7 yaralı Sawai Madhopur bölgəsində yerləşən xəstəxanaya aparılıb.
Polis Banas çayının üzərində yerləşən körpüdə avtobusun qarşı tərəfdən gələn avtomobilə çırpılmamaq üçün idarəetməni itirdiyini və bariyerleri əzərək 20 metr yüksəklikdən düşdüyünü açıqlayıb. Avtobus sürücüsü qəza zamanı həyatını itirib. Sərnişinlər qəzanın baş verdiyi yerə yaxın Hindu məbədinə ziyarətə gedirmişlər.
Hindistanda hər il 111 min insan yol qəzasında ölür. Dünyada yol qəzasının ən çox baş verdiyi bu ölkədə buna səbəb kimi sürücü yorğunluğu və diqqətsizlik göstərilir.