AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, aktyor həyat yoldaşı Nikol Kimpel ilə birlikdə açılışda görüntülənib. İspaniyanın Malaga şəhərində bir mağazanın açılışına qatılan 57 yaşlı aktyorun görünüşü onun pərəstişkarlarını narahat edib. Bəziləri 2 dəfə ürəyindən əməliyyat olan aktyorun səhhətinin pisləşdiyini, bəziləri isə onun çəkildiyi seriala uyğun olaraq dəyişdiyini bildirib.