Gün ərzində 115 cinayət faktı qeydə alınıb

23 Dekabr 2017 17:49 (UTC+04:00)

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, axtarışda olduğuna görə 32 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.