41 yaşlı kişini maşın vurdu

23 Dekabr 2017 19:48 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Həsənsu kəndində baş verib. Kənd sakini 1976-cı il təvəllüdlü Həbib Hümbətov yolu keçən zaman avtomobillə vurulub. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Yarlı xəstəxanaya çatdırılıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az