Qazaxda yol qəzası - 3 yaralı var

23 Dekabr 2017 23:25 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı-Əskipara kənd yolunda baş verib.

İlkin məlumatlara görə, avtoqəza nəticəsində üç nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Onlardan birinin vəziyyətinin normal, digər iki yaralının isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az