İlham Əliyevin peşəkarlığı Azərbaycanın daha da firavanlaşmasına şərait yaradacaq - Jeenbekov

24 Dekabr 2017 11:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Əminəm ki, Sizin peşəkarlığınız və dövlətçilik fəaliyyəti sahəsində zəngin təcrübəniz qardaş Azərbaycanın daha da firavanlaşmasına və onun beynəlxalq nüfuzunun artmasına şərait yaradacaq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".