Mədət Quliyev “Velosiped idman klubu” təsis etdi

24 Dekabr 2017 13:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-leytenant Mədət Quliyevin imzaladığı qərarla 24 dekabr 2017-ci il tarixdə DTX-nin nəzdində “Velosiped idman klubu” təsis olunub.

Klubun təlim və maddi-texniki bazasının yaradılması ilə əlaqədar müvafiq təşkilati tədbirlər həyata keçirilib.