Hacıqabulda qəza - 2 nəfər ağır xəsarət alıb - FOTO

24 Dekabr 2017 15:04 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, unun məlumatına görə, "Oka" markalı avtomobili idarə edən Şirvan sakini, 1984-cü il təvəllüdlü Ağayev Emil Nəriman oğlu avtomobili yolun kənarında saxlayaraq yola tökülmüş taxtaları götürmək istəyib.

Bu zaman Rəşad adlı sürücünün taksi kimi istifadə etdiyi "Daewoo" markalı avtomobil E. Ağayevi vurub, sonra da yoldan çıxaraq aşıb. Nəticədə E. Ağayev və "Daewoo" markalı avtomobilin sərnişini, 1979-cu il təvəllüdlü Həsənova Vəsilə ağır xəsarət alıb. Onların hər ikisi Şirvan şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.