Bakıda ər arvadının pul və qızıllarını oğurladı

24 Dekabr 2017 18:05 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, polisə müraciət edən 42 yaşlı Aynur Vəliyeva (ad şərtidir) Zığ şosesində yerləşən evdən həyat yoldaşı Elmarın ona məxsus olan 400 manat pulunu və xeyli qızıl-zinət əşyalarını oğurladığını bildirib.

Qadın bildirib ki, əri axşam saatlarında oğurluq edib və evi tərk edib.

Araşdırma aparılır.