Qatı duman qəzaya səbəb oldu

24 Dekabr 2017 19:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Balakən rayon sakininin idarə ediyi "62-BK-829" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil qarşı tərəfdən gələn Qobustan rayon sakininin sükanı arxasında olduğu "90-HD-208" dövlət qeydiyyat nişanlı "VAZ-21010" markalı maşınla toqquşub.

Qəza zamanı ikinci avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü Zaqatala rayon Yuxarı Çardağlar kənd sakini Gülayeva Laləndə Davud qızı yaralanıb. O, "təcili yardım" avtomobili ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralı kəllə-beyin travması ilə Cərrahiyyə şöbəsinə daxil olub, vəziyyəti orta-ağırdır.

İlkin məlumatlara görə, qəzaya qatı duman səbəb olub.

Faktla bağlı araşdırma aparılır.