Bakıda əlbəyaxa dava - Bıçaqlanan var

25 Dekabr 2017 08:59 (UTC+04:00)

"Report" xəbər verir ki, 1983-cü il təvəllüdlü Şailov Rəşad Əliyar oğlu 3-cü mikrorayon dairəsində tanışı ilə mübahisə edərək əlbəyaxa olub.

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.

AzNews.az