"Elə insan var ki, səhərə qədər yuxuda qızla..." - İlahiyyatçı alim

25 Dekabr 2017 10:28 (UTC+04:00)

AzNews.az həmin müsahibəni təqdim edir:

– Əkrəm bəy, siz BDU-nun İlahiyyat fakültəsində oxumusunuz?

– Bəli…

– Bu fakultə həqiqətən də ilahiyyatçılar yetişdirə bilirmi?

– Əlbəttə, yetişdirir. Ən yüksək səviyədə həm dini elmlər, islam elmləri, hədis, fiqh, əhkam, fəlsəfə, ərəb-dili, həm də dünyəvi elmlər; tarix, ingilis dili, ərəb dili, psixologiya, sosiologiya tədris olunur. İslam tarixi, hədis tarixi, fəlsəfə tarixi, kəlam elmləri də öyrədilir.

– İndi siz özünüzü hər yerdə ilahiyyatçı kimi təqdim edirsiniz?

– Bəs necə təqdim edim? Diplomumda ilahiyatçı, ərəb dili müəllimi yazılıb. Amma mən əslində, bütün elmləri mənimsəmişəm. Məhəmməd peyğəmbərə peyğəmbərlik veriləndən sonrakı əsrlərdə uşaqlar üç yaşından beş yaşına qədər Quranı tam əzbərləyir, sonra dünyəvi elmləri öyrənirdilər, amma müasir dövrümüzdə şərtlər dəyişdi. İndi dünyəvi elmləri daha vacib hesab edirlər, ona görə övladlarımız 6-7 yaşına qədər bağçalara qoyulur, baxçalarda isə valideynlər aldadılır, çox az nəsə öyrədirlər, sonra məktəblər başlayır.

Siz VII-XV əsrlərlə müqayisə edəndə özünüzü çox inkişaf etmiş bir insan hesab edirsiz, amma unudursuz ki, həmin əsrdə 3-5 yaş arası uşaqlar Quranı və hədisləri əzbərləyir, sonra dünyəvi elmlər öyrənirdilər, məhz ona görə də onlar 12-18 yaş arasında ölkəni idarə edəcək səviyyədə rəhbərlər olurdular.

– Maraqlıdır, ilk dəfə Quranla nə vaxt tanış olmuşunuz?

– Kənddə bir adət var idi, Quran üzdə görsənmirdi. Ancaq fövqalədə hadisə baş verəndə, məsələn, havada dəyişkənlik olanda ortalığa çıxarılırdı. Babamın anası Pəri nənəm, Allah ona rəhmət etsin, kənddə namaz qılan, oruc tutan, hamının hörmətlə yanaşdığı bir ağbirçək idi. Dişim ağrayanda babamın siqaretini yandırıb verirdi ki, al bunun tüstünüsün ağzında saxla, dişinin ağrısı keçəcək. Mən də belə edərək səhərə qədər rahat yatırdım. Onda həmin inanclı nənəm Quranı əlində tutub dua edirdi, çünki oxuya bilsəydi, oxuyardı, 70 il qadağa qoymuşdular. İlk dəfə Quranla onda tanış olmuşdum. Əsl Quranı isə İlahiyyat fakultəsinə daxil olandan sonra tanıdım.

– Əsl Quranı oxuyarkən özünüzdə nə hiss edirdiniz?

– Onu oxumağa başlayanda qəlbimə rahatllq gəldi, pis fikirlər məndən getdi, hər dəfə oxuduqca mənəvi cəhətdən elə gücləndim ki, onu insan sözlə ifadə edə bilməz.

– Əkrəm bəy, necə oldu ki, dünya yarandı? Siz bu barədə hansı fikirdəsiniz?

– Allah istədi və dünyanı yaratdı. Allah Quranda buyurur ki, o, bir şeyə “ol” deyəndə olur. Dünyaya da “ol” dedi və oldu. Allah var idi, heç nə yox idi, sonra Allah hər şeyi və dünyanı, dünyada isə Adəmi və ondan həyat yoldaşını yaratdı. Sonra onlardan bir çox kişilər və qadınlar yaradıb yer üzərinə yaydı. Onların içərisindən də peyğəmbərlər seçib vəhy nazil etdi, digər insanlara xəbərdarlıq etsinlər ki, onların yaradılmaqda məqsədi yalnız Allaha ibadət etməkdir.

– Dediniz ki, dünyada ilk insan Adəm olub və Allah ondan həyat yoldaşını – Həvvanı yaradıb. Tutalım, bunların izdivacından da iki uşaq yaranır, qız və oğlan. Dörd nəfər oldular. Bəs sonra insanlar necə çoxaldı? Ata öz qızı, ana isə oğlu ilə cinsi əlaqədə oldu?

– Mənbələrdə deyilir ki, Adəmin həyat yoldaşı Həvva əkiz doğurdu, birinci qarında doğulan əkiz oğlanı ikinci qarında doğulan əkiz qızla evləndirirdilər. Beləliklə, nəsil çoxalmağa başladı. Bunu indi desək, insanlar başa düşməyəcək, hərəsi bir söz deyəcək. Məsələn, Adəm peyğəmbərin vaxtında olan halların çoxu indi haram edilib. Yəni dində, şəriətdə bir qayda var ki, əvvəlki peyğəmbərlərin vaxtında halal olanlar sonrakı peyğəmbərin vaxtında haram olub. Məsələn, zina növlərindən hesab edilən siğə də əvvəl halal olub, sonra haram edilib. Əvvəlki peyğəmbərlərdə şərab halal idi, son peyğəmbər Məhəmməddə haram edildi. Şərabın haram olması barədə üç ayə var, buna görə bəzi müəlmanlar halala yaxın olan iki ayəni əsas gətirib içirlər, deyirlər ki, halaldır. Haramla bağlı sonuncu ayəni götürüb araq içməkdən yalnız Allahdan qorxan səmimi möminlər çəkinirlər.

– Vasim Məmmədəliyev isə insanların cinlərlə cinsi əlaqə olaraq çoxalması versiyasının daha inandırıcı olduğunu demişdi...

– Bu doğru məlumat deyil. Sadəcə, Allah-təala Quranda xəbər verib ki, bəzi insanlar cinlərə sığınır, onlara qurban, nəzir verirlər və s.

– Ümumiyyətlə, cinlərin mövcudluğuna inanırsınızmı?

– Cinlərin mövcudluğunu inkar edənlər çox olsa da, Allah-təala Quranda onlarla dost olmağa, onlarla cinsi əlaqəyə girməyə işarə etmişdir. Elə insan var ki, səhərə qədər yuxuda qızla cinsi əlaqədə olur və elə hesab edir ki, bu yuxu həqiqətdir, ancaq sizin dediyiniz cin, şeytan qız cildində həmin adamı aldada bilər. Quranda Allah-təala bunlara işarə etmişdir. Xüsusi cin surəsi var. Allah tək insanlara yox, cinlərə də peyğəmbər göndərib.

– Elə oğlanlar var ki, yuxuda cinsi əlaqədə olur, elə bilir qızdır, amma əslində, cindir? Çox maraqlı gəldi...

– Bəli... Səhərə qədər qəşəng qızla olur. Ancaq islam alimləri bildirirlər ki, qadın cindir, kişi cinlər də qadınları aldada bilər. Buna görə yatanda yuxu zikrlərini, duaları oxumaq və Allaha sığlnmaq lazımdır. Ancaq fakültədə bizim bir türk ilahiyatçı müəllimiz var idi. O deyirdi ki, yuxuda qəşəng bir qızla cinsi əlaqədə olmaq Allahın subaylara olan rəhmətidir.

– Tutalım, mən necə inanım ki, doğrudan da cin var?

– Bəli, əlbəttə, insanlar olduğu kimi cinlər də mövcuddur. Mövcud olmasaydı, Allah-təala Qurani Kərimdə bizə cinlər barədə xəbər verməz və xüsusilə Quranda Cinlər surəsi mövcud olmazdı. Quranın 72-ci sursəi cin surəsidir.

– Heç cin görmüsünüz?

– Cinlərin varlığına inanıram, amma gözümlə görməmişəm. Çünki bu barədə Quranda və hədislərdə xəbər verilib. Quranı və səhih hədisləri təsdiq edirəm.

– Bəs cinlər harda yaşayır, nə yeyib-içirlər? Onların da ölkəsi, vətəni, yeri-yurdu, ev-eşiyi var?

– Bəli, var. Çevrəmiz cinlərlə doldurur. Zibbilikdə, ayaqyolunda və xarabalıqlarda yaşayırlar. İnsan olan hər yerdə cinlər də var. Xüsusilə şəkil və musiqi olan evlərdə cinlər daha çox olur. Ona görə də evlərdə yemək-içməyin üzəri gecələr mütləq örtülməlidir. Bizlər buna məhəl qoymuruq. Su qabları da bağlı olmalıdır. Bəzən gecədən hər şeyin üstü açıq qalır. Səhər durub eləcə də yeyib-içirik. Müəyyən vaxtdan sonra da xəstəlik yaranır. Mikrob, toz-torpaq və s. Cin ən gözəgörünməz mikrobdur... Biz isə bilmirik bu xəstəliklər hardan yaranıb.

– Bəs cinlə şeytanın fərqi nədir?

– Şeytan ümimi addır. Cin xüsusi addır. Yəni şeytan hər şeydən olur, həm insandan, həm heyvandan, həm də cindən. Çünki elə insan, elə heyvan, elə cin var ki, o xeyirə mane olur, insanlara zərər verir, belələrinə şeytan deyilir. Hətta peyğəmbərimiz itaətsizlik edən uzunqulağa da şeytan deyib. Hətta namaz qılanda qarşıdan keçən uzunqulağa, itə, qadına da şeytan deyib. Çünki namaza mane olur. Xeyir işlərə mane olan şeytan, yəni daşlanmış hesab olunur.

– Deməli, şər insan, xeyir insan olduğu kimi şər cin, xeyir cin də var?

– Bəli, onlar da insanlar kimidir. Onların da yaxşıları, pisləri, qadınları, kişiləri olur. Sadəcə, onlar bizdən çox yaşayır. İbadət edənləri və asilik edənləri də var. Çox adam onların adını demir, üç hərfli deyirlər. Psixi xəstələr və dəlixanada olanların hamısı cinlidir. Onları əhalisi müsəlman olan bəzi ölkələrdə müalicə edirlər. Bu gün sehr-cadunu da cinlər vasitəsi ilə edirlər. Bir çox xəstəliklərin yaradıcısı da cinlərdir. Xərçəng kimi xəstəliklərdən söhbət gedir. Onun da müalicəsi Quran və hədislərdə olan duaları oxuyaraq cinləri və fəsadlarını uzaqlaşdırmaq olur.

– Əkrəm bəy, hicab haqqında fikirləriniz maraqlıdır. Qadınlar nə üçün çarşaba bürünməlidir?

– Bilirsiz ki, çarşab Azərbaycanda tarixən mövcud olub. Hicab ayəsi də gəlməmişdən öncə Ömər ibn Xəttab peyğəmbərimizə buyurub ki, qadınlarımızın tanınmaması üçün örtülü olması daha yaxşı olar. Bundan sonra vəhy nazil olunub və mömin qadınların örtünməsi əmr olunub. Bu günümüzə qədər bəzi müsəlman qadınlar örtünür və Allahın əmrini yerinə yetirdiklərini deyirlər. Örtünməyənlər isə ayənin həqiqiliyindən az məlumatlıdırlar. Yaxud da məsələyə dövrə və şərtə uyğun yanaşırlar. Hər halda mən də sərbəst yanaşıram. Çünki mən əsas əxlaqı və insanlığı daha üstün hesab edirəm.

– Maraqlıdır, bəs cənnəti, cəhənnəmi necə təsəvvür edirsiniz?

– Varlığına inanıram, amma onu təsəvvür edə bilmərəm. Allah və sonra peyğəmbəri bizə xəbər veriblərsə var. Biz də inanırıq ki, var. İnandığımız üçün də itirəcəyimiz heç nə yoxdir.

– Ümumiyyətlə, dinsiz yaşamaq olmazmı?

– Qaranlıq bir otaqda tək tənha yaşamaq necə olarsa, dinsiz yaşamaq da elə olar. Din əslində ağıl sahibi insanların öz ağıl və seçimləri ilə onları doğruluğa, yaxşılığa, aydınlığa götürən bir həqiqətdir. Dinsiz insan ruhsuz bədən kimidir.

– Bəs atesitlər dinsiz, Allahsız necə yaşayırlar?

– Məncə, onlar bir yaradanın var olduğuna qəlblərinin gizlinində inanır və təsdiq edirlər. Sadəcə, inananların yanında tərslik göstərirlər.

– Qamət Süleymanov müsahibəsində atesitləri heyvanlarla müqayisə edib. Siz onları nəylə müqayisə edərdiniz?

– Heyvanlar şüurlu və ağıllıdırlar. Çünki Allahı dərk edirlər. Allah-təala ateistlər haqqında buyurub ki, onlar heyvandan da aşağı səviyədədirlər. Hələ Qamət Süleymanov yumşaq deyib. Allah daha sərt deyir. Heyvandan aşağı olmaq daha betərdir. Toyuqlar su içəndə başlarını yuxarı qaldırıb Allaha şükr etdiyinə görə atesitlərdən daha qanacaqlıdırlar. İndi bəziləri deyir, guya onlar təbii olaraq başlarını yuxarı qaldırır ki, su boğazlarından rahat getsin. Bəs onda sürünənlərin boğazından su necə rahat gedir? Ya da elə heyvanlar var ki, baş boğazdan aşağıdadır, bəs su necə rahat gedir? Deməli, atesitlər Allahın Quranda dediyi kimi, bəzi heyvanlardan daha aşağıdırlar.

– Siz də daşqalağa bəraət qazandırırsınız?

– Quranda daş-qalaqla bağlı bir ayə yoxdur. Məsləhət olsaydı, ayə olardı. Həm də peyğəmbərimiz özü də daş-qalağın çox tərəfində olmayıb. Çünki peyğəmbər zina edib, fahişəlik edib gələnlərə deyirdi ki, gərək günahınızı gizlədərdiz ki, Allah da gizlətsin. Əgər gəlib demisizsə və dörd şahid də olsaydı, o zaman daşqalaq olardı. Zina ən böyük günahdır, amma bizdə elə bir cəza növü yoxdur ki, insanı daşqalaq edəsən.

– Evli kişi yuxuda başqasının qadını ilə yaxınlıq edirsə, bu da günah sayılırmı?

– Günah deyil. Həddibüluğa qədər, dəli olanda və yuxuda baş verənlərə görə insana heç bir savab və günah yazılmır. Həddibüluğdan sonra yaxşı əməl sahibidirsə, uşağın günahları silinir, amma həddi büluğdan sonra da günahkar həyat yaşayırsa, uşaq vaxtı edilən günahlar da onun üstünə əlavə olunur.