Tatarıstanda zavod partladı - İki nəfər öldü

25 Dekabr 2017 10:51 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində iki nəfər ölüb.

Məlumata görə, bu gün saat 03:45 radələrində "Krot" avtomobilini istehsalı sexində partlayıcıların alışması nəticəsində partlayış, ardınca isə yanğın baş verib.

Xəsarət alanların sayı barədə məlumat yoxdur.

İlkin versiyaya görə, partlayışa səbəb işçilərin səhlənkarlığı olub.