"Moskovski" konfetlər bahalaşdı - 17 azn

25 Dekabr 2017 10:58 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bahalaşma idxal olunan məhsullara təsirini göstərəcək.

Azərbaycanda rus konfetlərinə tələbat çox olduğunu nəzərə alsaq, bahalaşma Bakıya da təsir göstərəcək.

Belə ki, yanvarın 1-dən rus konfetlərinin 1 kiloqramı 17 azn-dən başlayaraq satılacaq.

Bununla yanaşı, yeni rus konfetlərinin də satışa buraxılacağı deyilir. "Moskva" adlanan yeni konfetlər sufle və yumşaq karameldən ibarətdir.