205 nəzarətçi müəllim bazadan çıxarılıb

25 Dekabr 2017 11:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

M. Abbaszadə qeyd edib ki, DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlara nəzarətçi kimi cəlb edilən müəllimlərin imtahan prosesində fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda təhlil olunur: "Araşdırmanın nəticələrinə əsasən, nümunəvi fəaliyyətinə görə 1000 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 15 nəzarətçi-müəllimin, 5 imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub".