Ot sahəsi üstündə... - Dəhşətli qətlin təfərrüatı

25 Dekabr 2017 11:36 (UTC+04:00)

Zeynəddin kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, dəhşətli cinayət kəndin əhalisi üçün ayırılan torpaq sahəsində baş verib:

“Hadisə dünən axşam kəndlilər üçün ayırılan pay torpağı sahəsində baş verib. Onlar eyni kənddə yaşayırlar. Dursun Muğumov heyvanlarını Baxşalının torpaq sahəsinə salıb. Baxşalı da buna etiraz edib. Beləcə, mübahisə düşüb. 60 yaşlı Dursun əlindəki küt alətlə Baxşalının başından bir neçə yerdən vurub. Kənd sakinləri Baxşalını xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, Ağdaşda qətl hadisəsi baş verib. Rayonun Zeynəddin kənd sakini, 1966-ci il təvəllüdlü Baxşalı Məhərrəm oğlu ƏIiyev ailə münaqişəsi zəmnində qardaşının qayınatası tərəfindən dəhrə aləti ilə vurularaq qətlə yetirilib.

Bahar RÜSTƏMLİ
AzNews.az