Yoxsulluq piylənməyə səbəb olur - Sağlamlıq mərkəzi

25 Dekabr 2017 11:48 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, ABŞ sağlamlıq və profilaktika mərkəzi belə qənaətə gəlib ki, yoxsulluqla piylənmə arasına yaxın əlaqə mövcuddur.

2011-2014-cü illər statistikasına görə, ən çox qazanan insanlar sağlam bədən quruluşuna malik olur.

Sorğu əsasında müəyyən olunub ki, yoxsulluq şəraitində yaşayan insanların 42 faizi piylənmədən əziyyət çəkir. Gəliri orta və ya bir az yüksək olanların 29,7%-də piylənmə qeydə alınıb.