Sumqayıt-Bakı sürət qatarı piyadanı vurdu

25 Dekabr 2017 11:49 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 23-də saat 20 radələrində Keşlə dəmir yolu stansiyasının ərazisində Sumqayıt-Bakı sürət qatarı ilə Kürdəmir rayon sakini Səbuhi Azayev vurulub və piyada hadisə yerində ölüb.

Hadisə bağlı araşdırma aparılır.