Bakıda daha bir silahlı şəxs saxlanılıb

1 Mart 2013 09:54 (UTC+04:00)


Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qanunsuz silah gəzdirən şəxsin yaxalanması üçün əməliyyat keçirilib. Cabbarov küçəsi 14 ünvanının qarşısında polis Yequnov Vadim Anatolyeviçi saxlayaraq bölməyə aparıb. Üzərinə baxış keçirilərkən "TT" markalı tapança, 1 ədəd tapança darağı və 2 ədəd patron aşkarlanaraq götürülüb.

Hazırda silahın hər hansı cinayətdə işlənib-işlənməməsi və digər məqamlar araşdırılır.

Qeyd edək ki, fevralın 27-də Nəsimi rayonunda da silahlı şəxs yaxalanıb.


AzNews.az