AzNews.az xəbər verir ki, keçmiş polis rəisi 83 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
Mərhum polis işçisi olsa da, Azərbaycan tarixi və ədəbiyyatını gözəl bilirdi. Yüksək dünyagörüşə malik idi.
Qeyd edək ki, Azərbaycanda ilk yol polisi idarəsi - Dövlət Avtomobil Müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılıb. Müfəttişliyə vaxtilə D.Kondakov, Nüsrət Bağırov, Xəyyam Mahmudov, Fətulla Hüseynov, Əhliman Hüseynov, Rizvan Nəcəfov rəhbərlik ediblər. Azərbaycan müstəqillik əldə etdikdən sonra Dövlət Avtomobil Müfəttişliyində onun adından başlamış işinədək ciddi dəyişikliklər edildi, yeni qanunvericilik bazası yaradılıb. 1994-cü ilin əvvəlində daxili işlər naziri postuna təyinat alan general Ramil Usubov bir müddət sonra Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyini dəyişdirib. Belə ki, həmin il nazirin əmri ilə indi polis general-mayoru olan Ramiz Zeynalov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsinə gətirilib.