Sabah MDB toplanır - İlham Əliyev də iştirak edəcək

25 Dekabr 2017 18:00 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, görüş qapalı formatda keçirilir.

Erməni mətbuatı Serj Sarkisyanın sabah Rusiyaya yola düşəcəyi barədə məlumat yayıb.

17:12

***

Dekabrın 26-da Moskvada MDB ölkələrinin dövlət başçılarının qeyri-formal görüşü keçiriləcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiyanın 2017-ci ildə MDB-yə sədrliyinə yekun vurulacaq və birlik çərçivəsində müxtəlif sahələrdə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.

Toplantıda Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan, Belarus prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Moldova prezidenti İqor Dodon, Özbəkistan prezidenti Şövkət Mirziyoyev iştirak edəcəklər.

Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə görüşə qatılmayacaq.