Ucarda yanğın zamanı ağır yaralanan qadın və uşaq Bakıya göndərilib - Yenilənib

25 Dekabr 2017 21:12 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğın bölmələri hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

***

Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.

Yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib.

Həmin şəxslər müalicələrini davam etdirmək üçün paytaxta göndərilib.

Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub.