Ağstafada ev yandı

25 Dekabr 2017 21:52 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Ağstafa rayonu, Muğanlı kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisinə yığılmış ev əşyaları 30 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.