İstanbuldan Naxçıvana gələn avtobus qəzaya düşüb - Video

25 Dekabr 2017 23:10 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Türkiyənin Qars şəhərində Qarayurd-Kağızman yolunda baş verib. Belə ki, İstanbuldan Naxçıvana gələn sərnişin avtobusu qəzaya düşüb.

34 DY 9422 nömrə nişanlı avtobusun aşması nəticəsində içərisində çoxu Naxçıvan Muxtar Respublikasının sakini olan 30 sərnişin xəsarət alıb. Yaralılar Sarıqamış və Qarsdakı xəstəxanalara yerləşdirilib.

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev Apa-ya açıqlamasında bildirib ki, hadisə zamanı ölən və ağır xəsarət alan yoxdur. Avtobus İstanbuldan İğdır istiqamətində hərəkət edib: "Yaralananlardan sürücü Türkiyə, qalanları Azərbaycan vətəndaşlarıdır. Xəsarətlər yüngüldür, qol və qabırğa sınığı kimi xəsarətlərdir".

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.