"Rus hərbçilərini ölkədən çıxartmayacağıq" - Moldova prezidenti

26 Dekabr 2017 10:32 (UTC+04:00)

AzNews.az Izvestiya-ya istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti İqor Dodon məlumat verib.

Dodon Dnestryanı ərazilərin federasiya çərçivəsində Moldovaya birləşməsini istisna etməyib.

Onun sözlərinə görə, hazırda masa üzərində iki ssenari var: Bunlar respublikanın normal münasibətlərə qayıtmasına kömək edəcək.

Ölkə prezidenti Moldovanın Avrointeqrasiyaya qoşulmayacağını bəyan edib. O, əlavə edib ki, rumın dili heç vaxt dövlət dili olmayacaq.