Rəsul Quliyev “El“ Hərakatına qarşı çıxdı

1 Mart 2013 10:30 (UTC+04:00)
"Rüstəm İbrahimbəyov və mən həyatın bir çox üzlərini görüşümüşük".

Bunu Azərbaycan Milli Məclisinin eks-spikeri, uzun illərdir Amerikada mühacirət həyatı yaşayan Rəsul Quliyev Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahimbəyovun dəstəklədiyi "El" hərəkatının perspektivini şərh edərkən bildirib.


R.İbrahimbəyovla mütəmadi əlaqələrinin olduğunu deyən eks-spiker "El" hərəkatına qoşulub-qoşulmayacağına dair sualımızı da cavablandırıb.

Telefon vasitəsi ilə R.İbrahimbəyovla əlaqə saxladığını təsdiq edən eks-spiker proqramı məlum olmayan təşkilata dəstək verməyəcəyini açıqlayıb:

"Bilirsiniz həm Rüstəm bəy, həm də mən həyatın bir çox üzlərini görmüş ciddi insanlarıq. O bilir ki, mən heç vaxt məramı və proqramı məlum olmayan bir təşkilata dəstək vermərəm. Ondan başqa, artıq Ziyalılar Forumu "El" hərəkatı və başqa qurumlara eyni münasibət bəslədiyini bir neçə dəfə elan edib, yəni "El" hərəkatı onların proyekti deyil".

R.Quliyev Ziyalılar Forumunun üzvü, politoloq Eldar Namazovun prezident seçkilərində üçüncü qüvvənin namizədi olacağı ilə bağlı səslənən fikirləri şərh etməkdən imtina edib.

"Bu mənim üçün elə bir əhəmiyyət kəsb edən məsələ deyil"-deyə R.Quliyev vurğulayıb.

AzNews.az