“İndi biz görüşmürük” - Natavan boşanmasından danışdı

26 Dekabr 2017 12:34 (UTC+04:00)

Axşam.az-ın məlumatına görə, sənətçi “Xəzər maqazin”ə açıqlamasında bildirib ki, hazırda ayrı evlərdə yaşayırlar və görüşmürlər:

“Boşanma haqda açıqlama etməyəcəkdim. Bunu Səid məcbur etdi. Yoxsa məndən şəxsi həyatla bağlı heç nə gəlməzdi. Bilmirəm nə ilə nəticələnəcək. Heç bir qərar almamışıq. Sadəcə, durum bəllidir. İndi bu haqda heç nə deməyəcəm. Halım yoxdur bu haqda danışmağa. O ab-havada deyiləm. Biləndən sonra nə olacaq danışacam. İkimiz də bilmirik. İndi biz görüşmürük”.

AzNews.az