Asif Şağanda apteki yardı

26 Dekabr 2017 15:41 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-dən 24-dək olan müddətdə Şağan qəsəbəsindəki apteklərin birindən 602 manat, məişət əşyaları və dərman preparatları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Asif Kərimov saxlanılıb.