Kseniya Sobçakın prezidentliyə namizədliyi təsdiqləndi

26 Dekabr 2017 16:29 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, "Vətəndaş təşəbbüsləri" partiyasından namizədliyini irəli sürmüş Kseniya Sobçak seçki kampaniyasına start verib.

İmzatoplama kampaniyası sabahdan elan ediləcək. Bunun üçün bir regiona 2,5 min imza lazımdır.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci ilin martın 18-də keçiriləcək.