60 ildən sonra qardaş olduqların bildilər

26 Dekabr 2017 17:45 (UTC+04:00)

AzNews.az KHON2-a istinadən xəbər verir ki, bir qədər əvvəl onlar doğma qardaş olduqlarını öyrəniblər.

Alan və Uolter 6-cı sinifdə dostlaşıblar. Onların indi doğma heç kimi qalmayıb.

Alanı uşaq ikən götürüb saxlayıblar və o, öz bioloji ata-anası barədə məlumata malik olmayıb. Onun kiçik qardaşı 19 yaşında ölüb.

Uolter isə atasını görməyib, onu anası böyüdüb.

Alan çoxdan bəri sosial şəbəkələrdə öz doğmalarını axtarsa da, nəticə verməyib.

DNT testinin köməyi ilə bir xidmətə müraciət edən Alan Uolterlə qardaş olduğunu aşkara çıxarıb.

Məlum olub ki, onların ataları fərqli olsa da, eyni ananın uşaqlarıdırlar.