İlham Əliyev Rusiyada işgüzar səfərdədir

26 Dekabr 2017 20:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezident İlham Əliyev MDB dövlət başçılarının Moskvada keçirilən qeyri-rəsmi görüşündə iştirak etmək üçün “Novo-Oqaryovo” dövlət iqamətgahına gedib.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi salamlayıb.