68 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

26 Dekabr 2017 23:45 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Göygöl şəhərində qeydə alınıb. Şəhərin Rövşən Nəsibov küçəsində yaşayan 1949-cu il təvəllüdlü Musayev Qəzənfər Müzəffər oğlu bıçaqlanıb. O dərhal xəstəxanaya aparılsa da öldüyü məlum olub. Onun tanıdığı şəxs tərəfindən qətlə yetirildiyi bildirilir. Cinayəti törədən şəxs saxlanılaraq polis şöbəsinə aparılıb.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.