51 yaşlı kişi özünü bıçaqladı

27 Dekabr 2017 09:10 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

Dilarə Əliyeva küçəsində yerləşən mənzillədən birində yaşayan 1956-cı il təvəllüdlü Mirzəyev Eyyub Şaban oğlu yaşadığı evdə özünə bıçaqla zərbə vurub. Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az