Bakıda 21 yaşlı oğlan özünü öldürdü

27 Dekabr 2017 10:07 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Həmin ünvanda kirayədə yaşayan, 1996-cı il təvəllüdlü Hüseyn Dövlət oğlu Hüseynli yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az