Araz Ağalarov "xaç atası" rolunda - Emin atasını təbrik etdi

27 Dekabr 2017 10:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, videorolik Frensis Ford Koppolanın "Xaç atası" filminə parodiya kimi çəkilib. Klipin rejissoru Timur Cəfərovdur. Xaç atası rolunda - Eminin atası Araz Ağalarov çıxış edir. Rolikdə həmçinin milyarderin nəvələri - Əli və Mikayıl da yer alıb.

Film əsas insani dəyərləri əks etdirir: ailə, sevgi və dostluq.

Kadr arxasında məşhur filmin musiqisi səslənir, yumor və ironiya var.

Araz Ağalarov - Rusiya və Azərbaycanda iş adamı, Crocus Group kompaniyasının prezidenti və sahibidir. 2017-ci ildə Forbes-in açıqladığı "Rusiyanın 200 varlı biznesmeni" siyahısında 51-ci yerdə qərarlaşıb. Araz Ağalarov 1955-ci ildə noyabrın 8-də Bakıda doğulub.