Bakıda nənə və nəvə yük maşınının altında qaldı - 1-i öldü

27 Dekabr 2017 10:41 (UTC+04:00)

Lent.az xəbər verir ki, gecə saatlarında “Mercedes” markalı yük maşını yolu keçən 80 yaşlı Zəhra Binnətova ilə 13 yaşlı nəvəsi Elviranı vurub. Ağır xəsarət alan nənə və nəvəsi 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Z.Binnətovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az