“Samsung”un varisi məhkəməyə çıxarıldı - Rüşvət qalmaqalı

27 Dekabr 2017 12:10 (UTC+04:00)

Fevral ayında tutulan 49 yaşlı Jay Y. Linin Cənubi Koreyanın keçmiş prezidenti Park Quen-hyeyə rüşvət verdiyi bildirilir. Buna görə ona 5 il həbs cəzası istənilməklə barəsində məhkəmə araşdırmasına başlanılıb. Li məhkəmə qarşısına çıxaraq iddiaları qəbul etməyib.

Məhkəmə Linin verdiyi rüşvətlə şirkətin ən sərfəli iş qolu olan "Samsung Electronics"dəki nəzarətini gücləndirdiyini bəyan edib.

Seul Ali Məhkəməsində qaldırılmış iddia üçün qərarın gələn ay açıqlanması gözlənilir.