Boşanma ilə bağlı yeni qayda

27 Dekabr 2017 11:49 (UTC+04:00)

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Dəyanət İşləri Nazirliyinin yaydığı fətvada deyilir.

Fətvaya görə, əgər boşanma əvvəldən olmayıbsa, cütlük yenidən nikahda sayıla bilər.

Bununla yanaşı, boşanmaq istəyən cütlük bunu telefon, faks və ya elektron poçt vasitəsilə də edə bilər. Bunun üçün kişi 3 dəfə "talaq" sözünü yazmalı və ya deməlidir. Qadın əmin olmalıdır ki, ismarıc onun ərindən gəlib.

Qeyd edək ki, bu ilin avqustun sonunda Hindistan Ali məhkəməsi "talaq" sözünü 3 dəfə deməklə boşanmağı ləğv edib.