Marixuana çəkənlər tutuldu

27 Dekabr 2017 11:56 (UTC+04:00)

DİN-dən AzNews.az-a verilən məlumata görə, Polis əməkdaşları tərəfindən şübhəli bilinən 3 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. Araşdırmalar zamanı onların şəhər sakinləri Rəşad İsrafilov, əvvəllər məhkum olunanlar Sabir Novruzov və Yalçın Məmmədov olduqları müəyyən edilib.

Üzərlərinə baxış zamanı onlardan narkotik vasitə olan marixuana götürülüb.

Ekspertizaya təqdim olunan həmin narkotik vasitələrin ümumi çəkisinin 1 kiloqram 270 qram – R.İsrafilovdan 440, S.Novruzovdan 440 və Y.Məmmədovdan 390 qram marixuana olması barədə rəy verilib.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.