Arvadını bıçaqlayan yol polisi ilə bağlı açıqlama - “Belə bir insan...”

27 Dekabr 2017 12:04 (UTC+04:00)

İdarənin şöbə rəisi Kamran Əliyev “Report”a deyib ki, Bərdə rayon Yol Polisi Bölməsinin inspektoru Sevindik Şəmşir oğlu Məmmədovun həyat yoldaşını bıçaqlaması barədə məlumat araşdırılıb: “Bildiririk ki, Bərdə rayon DYP Bölməsində belə bir insan çalışmır. Yol polisində Şükürov Sevindik Şəmşir oğlu adlı əməkdaş olub ki, o da Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayında işləyib. Lakin xidmətdə yol verdiyi ciddi nöqsanlara görə bir neçə il öncə daxili işlər orqanlarından xaric edilib”.

AzNews.az