“Azərbaycanda radikal qrupların kök atmasının qarşısı alınıb”

27 Dekabr 2017 13:55 (UTC+04:00)

AzVision.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, Azərbaycanda ictimai-siyasi sabitlik var və ölkədə din amilindən sui-istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd yolverilməzdir.

"Bu hərəkəti etməyə imkanı olan qruplar yox dərəcəsindədir. Azərbaycan İslam aləmində bu yöndə özünəməxsus rolu olan ölkələrdən biridir” -deyə M.Qurbanlı vurğulayıb.

AzNews.az